Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda komandamız bu gün "Qarabağ"la qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Oyunsonrası keçirilmiş mətbuat konfransında baş məşqçi Elmar Baxsıyevin səsləndirdiyi fikirlər: "Maraqlı oyun alındı. Hər iki komanda meydanda sona qədər mübarizə apardı. Bu oyunda bizi nə gözlədiyini bilirdik. Komandam ortaya yaxşı iş qoydu və qələbə qazandıq. Bu oyunu unudub qarşıdakı çempionat matçına hazırlaşacagıq.
Penaltı də oyunun bir elementidir. Hakim qərar qəbul edibsə, bu, müzakirə olunmur. Kubok oyunlarında bu qədər penalti vurmağımız sırf təsadüfdür.
Bu gün qazandığımız qələbəni unutmalı, çempionat görüşünə köklənməliyik. Cavab matçı ərəfəsi yenidən bu haqda düşünəcəyik".